Qəzzada son sutkada 80 nəfərə yaxın adam öldü

26.04.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində azı 78 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Xidməti məlumat yayıb.

Qurumun açıqlamasına görə, azı 78 nəfər İsrailin hücumları nəticəsində həyatını itirib, daha 6 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.
Həmçinin bildirilib ki, son sutkada 168-dən çox yaralı xəstəxanalara yerləşdirilib. Bununla yanaşı, hava zərbələri nəticəsində dağılan binaların altında hələ də çox sayda yaralının olduğu, lakin təcili tibbi yardım əməkdaşlarının onlara çata bilmədiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью