Qəzzada son sutkada 9 nəfər ölüb, 41 nəfər yaralanıb

22.06.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində 9 mülki şəxs həlak olub, 41 nəfər isə yaralanıb.

Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1021 nəfər həlak olub, 3249 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 73 032-ə, yaralıların sayı isə 173 357 nəfərə çatıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью