Статья не опубликована
Qəzzada son vəziyyət: Ölənlərin sayı 44 min 176ya yüksəldi | Icma.az

Qəzzada son vəziyyət: Ölənlərin sayı 44 min 176ya yüksəldi

23.11.2024

Icma.az bildirir, Aznews.az portalına istinadən.

İsrailin Qəzza zolağında həyata keçirdiyi sıx hücumlar 414-cü gündür davam edərkən, son vəziyyətlə bağlı Fələstin Səhiyyə Nazirliyindən açıqlama gəlib.

Açıqlamada İsrail qüvvələrinin son 48 saatda həyata keçirdiyi 7 hücumda 120 fələstinlinin həyatını itirdiyi, 205 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin hücuma başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi can itkisinin 44 min 176-ya, yaralıların sayının isə 104 min 473-ə yüksəldiyi bildirilib.

Mövsüm

Aznews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью