Qəzzada son vəziyyət: Ölənlərin sayı 44 min 532yə yüksəldi

05.12.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

İsrailin Qəzza zolağına davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayı 44 min 532-yə, yaralıların sayı isə 105 min 538-ə yüksəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saatda həyata keçirdiyi 3 hücumda 30 fələstinlinin həyatını itirdiyi, 84 fələstinlinin isə yaralandığı qeyd edilib.

İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölənlərin sayının 44 min 532, yaralıların sayının isə 105 min 538-ə yüksəldiyi bildirilib.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью