Qəzzada TRT nin əməkdaşı öldürüldü

01.10.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Qəzzada TRT-nin əməkdaşı Yahia Bərzaq həlak olub.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, Yəhya Bərzaq İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində öldüülüb.
O, telekanalda müstəqil jurnalist kimi Qəzzadakı hadisələri işıqlandırıb.
Digər tərəfdən, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası Qəzza zolağında həlak olan Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzaqla bağlı başsağlığı yayıb.
Bildirilib ki, Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzaqın həlak olması böyük faciədir: “Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.
Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Bərzak da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Bərzakın Qəzzada həyatını itirməsindən dərin kədər hislərini ifadə edərkən, dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, daha əvvəl Türkiyənin “Anadolu” xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhanın Qəzzada aldığı güllə yarasından öldüyü bildirilmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью