Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki əməkdaşı və onların iki ailə üzvü İsrail ordusunun Qəzzanın mərkəzindəki Deyr əl-Bələh şəhərində keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Missiya.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, indiyədək saxlanılan 4 nəfərdən 3-ü sərbəst buraxılıb, biri həbsdədir. Qebreyesus, həmçinin ÜST-nin 32 əməkdaşının qərargahlara təxliyə edildiyini deyib. Təşkilat rəhbəri əlavə edib ki, ÜST-nin əsas anbarına hücum zamanı yanğınla müşahidə edilən partlayış baş verib.
Zərintac Mayisqızı
Missiya.Az