Qəzzada vəziyyət fəlakət həddinə çatıb

20.10.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İsrailin məhdudiyyətləri Qəzza zolağına humanitar yardımın daxil olmasına mane olur, uşaqların həyatını birbaşa təhlükə altına atır.
Reyting.az
xəbər verir ki, bu barədə UNİCEF-in fövqəladə hallar üzrə koordinatoru Hamiş Yanq “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Yanq deyib ki, qəzzalıların təcili olaraq çadırlara, plastik örtüklərə və təmiz içməli suya ehtiyacı var. Bundan başqa, yanacaq və su istehsalı üçün avadanlıqların mümkün qədər tez bölgəyə çatdırılması çox vacibdir.
Qurumun rəsmisi beynəlxalq ictimaiyyəti Qəzzada yaşanan humanitar fəlakəti dayandırmaq üçün qəti addımlar atmağa çağırıb.

Y. QACAR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью