Qəzzada xəstəxanaların 94 faizi dağıdılıb

23.05.2025

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Qəzza zolağında xəstəxanaların ən azı 94%-i İsraillə münaqişə nəticəsində dağıdılıb və ya zədələnib.

APA xəbər verir ki, bu barədə mayın 22-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Beləliklə, hazırda Qəzzadakı 36 xəstəxanadan yalnız 19-u fəaliyyət göstərir və xəstələrə qulluq göstərmək iqtidarındadır.

“19 xəstəxanadan 12-si müxtəlif tibbi xidmətlər göstərir, qalanları isə yalnız əsas təcili yardım göstərə bilir. Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i zədələnib və ya dağıdılıb”, – məlumatda deyilir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью