Qəzzada yardım almağa gələnlər atəşə tutuldu: Dünyada antisemitizm alovlana bilər... | Icm…
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İsrailin Qəzzada mülki əhalini yardım alan zaman atəşə tutması, yaşayış məskənlərini yaşanmaz vəziyyətə gətirməsində əsas məqsədi insanların buranı tərk etməsinə nail olmaqdır.
Beynəlxalq yardımların mülki əhaliyə çatdırılmasının qarşısı alınır.
Ancaq Qəzza zolağında mülki insanları öldürmək və yaşayış məskənlərini yer üzündən silmək yəhudi xalqının xoşbəxt yaşamasına gətirib çıxarmayacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistan da bənzər addım atdı, lakin cəzasını ən sərt şəkildə aldı: "Qarabağı işğal edərək şəhər və kəndləri yer üzündən sildi: " Mülki insanlarımızı öldürdü.
Hesab edirdilər ki, həmişəlik öz istəklərinə nail oldular. Tarix üçün 30 il çox qısa bir vaxtdı.
Ədalət öz yerini tapdı və ermənilər cinayətlərinin cəzasını çəkdilər. Bir toplumun faciəsi üzərində xoşbəxtlik əldə etmək mümkün deyil".
Tam oxu
Xəbəri oxu