Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Benyamin Netanyahu Donald Trampı Qəzzadan fələstinlilərin köçürülməsinə razı salıbABŞ Prezidenti Donald Tramp İsrail, Qəzza zolağı və Səudiyyə Ərəbistanına səfər edəcək.
Bu barədə Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.
Tramp bildirib ki, o, İsrailə, Qəzzaya, Səudiyyə Ərəbistanına və Yaxın Şərqdəki digər yerlərə səfər edəcək: "Yaxın Şərq inanılmaz bir yerdir, gözəl insanların olduğu həqiqətən gözəl yerlərdən biridir.
Amma orada çoxlu pis liderlər var idi”. Tramp səfərlərinin dəqiq tarixi ilə bağlı məlumat verməyib.
Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, lazım gələrsə, ABŞ hökuməti Qəzzaya qoşun göndərəcək.
O, ABŞ-nin Qəzzaya qoşun göndərməyə hazır olub-olmaması ilə bağlı suala "nə lazımdırsa, edəcəyik" cavabını verib.
İsrailin Baş naziri Benyamin Netanyahu Trampa Hizbullah üzvlərinin partlayıcı qurğularla öldürülməsi əməliyyatını xatırlamaq üçün qızılla örtülmüş peycer hədiyyə edib.