Qəzzada yüzlərlə qaçqın çadırını yağış suları basıb

07.11.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəzza zolağında güclü yağışlar nəticəsində didərgin düşmüş yüzlərlə fələstinli ailənin yaşadığı çadırları su basıb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, HƏMAS sözçüsü Hazım Kasım baş verənləri beynəlxalq ictimaiyyət üçün utancverici hadisə adlandırıb.
O bildirib ki, yüzlərlə ailənin çadırlarının yağış suları altında qalması beynəlxalq ictimaiyyətin alnında utanc ləkəsidir.
Kasımın sözlərinə görə, yaranmış humanitar fəlakətə görə İsraillə yanaşı, müvafiq beynəlxalq qurumlar da məsuliyyət daşıyır. O, Qəzzaya humanitar yardımın və təcili ehtiyac duyulan sığınacaq vasitələrinin çatdırılmasının təmin edilmədiyini bildirib.
HƏMAS sözçüsü vasitəçiləri atəşkəs razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb. O, həmçinin Ərəb Dövlətləri Liqasını Qəzzadakı humanitar böhranın aradan qaldırılması üçün təcili addımlar atmağa səsləyib.
Qeyd edək ki, güclü yağışlar nəticəsində Qəzza zolağında çoxsaylı çadır düşərgələrini su basıb. Mülki Müdafiə İdarəsi 10 saat ərzində 1 500-dən çox yardım çağırışı aldığını açıqlayıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью