Qəzzadakı giovlar 19 yanvar tarixində azad edilə bilər Xəbər saytı Son xəbərlər və Hadisələr

17.01.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

HƏMAS təşkilatının girov saxladığı şəxslər Qəzzada 19 yanvar tarixiindən azad edilə bilər. Bu, İsrailin anklavda atəşkəs haqqında razılaşmanı təsdiqləməsi halında mümkün olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"Əgər [İsrailin] nazirlər kabineti və hökuməti tərəfindən təsdiq edilərsə və razılaşma qüvvəyə minərsə, girovların azad olunması nəzərdə tutulmuş plana uyğun olaraq həyata keçiriləcək və bu, artıq bazar günü gözlənilir", - bəyanatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью