Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

12.11.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzzada mülki əhalinin öldürülməsindən və İsrail hərbi sisteminin fəaliyyətindən bəhs edən "NAZA" sənədli filmi beynəlxalq prokatda diqqətçəkən nəticəyə imza atıb.

Kulis.az xəbər verir ki, filmin dünya üzrə tamaşaçı sayı 1 milyon 547 min 33 nəfər göstərilib.

Filmin rejissorları Oskar mükafatlı israilli sənədli film müəllifləri Yuval Abraham və Reyçel Şordur. Ekran əsəri İsrail ordusunun Qəzzadakı əməliyyatları, mülki əhaliyə nəzarət mexanizmləri və müharibə zamanı baş verən hadisələri araşdırır.

"NAZA" sentyabr ayında Venesiya kinofestivalında nümayiş olunaraq münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Filmin nümayişi zamanı tamaşaçıların 24 dəqiqədən çox davam edən ayaqüstü alqışları da diqqət çəkmişdi.

Sənədli film indiyədək 47 ərazidə nümayiş olunub. Ən böyük tamaşaçı auditoriyası İtaliyada qeydə alınıb. Burada filmi 717 mindən çox insan izləyib. Bu göstərici "NAZA"nı İtaliya kino tarixində kinoteatrlarda nümayiş etdirilmiş ən çox izlənilən sənədli filmlərdən birinə çevirib.

Fransada cəmi 48 saat nümayiş imkanı olmasına baxmayaraq, film 82 mindən çox tamaşaçı toplayıb və nümayiş olunduğu hər iki gündə ölkə prokatının lideri olub.

"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlərə başlanıldı Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью