Qəzzadan bir qrup xəstə uşaq İtaliyaya çatdırılıb

30.09.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Ciorcia Meloninin rəhbərliyi altında İtaliya hökumətinin diplomatik səyləri çərçivəsində Qəzzadan xəstə uşaqlar qəbul edilir.

AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, Qəzzadan 15 uşaq qohumlarının müşayiəti ilə yerli xəstəxanalarda müalicə almaq üçün İtaliyaya gətirilib. Tibbi evakuasiya Ciorcia Meloni hökumətinin müharibə zamanı yaralanmış və ya müalicə almaq imkanı olmayan uşaqlara yardım göstərmək məqsədilə həyata keçirilən diplomatik təşəbbüslərin bir hissəsidir.

İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə Qəzzadan tibbi evakuasiya proqramı çərçivəsində İtaliyaya 196 uşaq və onların 454 ailə üzvü gətirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью