Qəzzadan dəhşətli xəbər gəldi FOTO

21.09.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

İsrail ordusu “təhlükəsiz və humanitar zona” elan etdiyi Xan Yunusun Məvasi bölgəsinə hücumlarını davam etdirir. 

Yenisabah.az xəbər verir ki, bu hücumların son qurbanı 7 aylıq Cudə əl-Əttar olub.

Anasının qucağında ikən qarın nahiyəsindən yaralanan Cudə həyatını itirib. Körpə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  Sezar pizza

Körpənin babası Musa əl-Əttar Fələstin xalqının həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində etnik təmizləməyə məruz qaldığını deyib.

O, Ərəb Liqasının toplantılarından da müharibənin dayandırılması ilə bağlı nəticə çıxmamasına diqqət çəkib: 

“Biz nəticə görmək istəyirik. Daim müharibə görən, öldürülən, hədəfə alınan bir xalqıq. Bu, belə davam edə bilməz”.

Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью