Qəzzadan İsrailə 5 raket atıldı

29.12.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İsrail ərazisi Qəzza sektorundan növbəti dəfə atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

Bildirilib ki, anklavın şimal hissəsindən İsrailin cənub rayonlarına ümumilikdə 5 raket atılıb.

Hücum səbəbindən sərhədyanı yaşayış məntəqələrində hava həyəcanı siqnalı elan edilib.

Raketlərdən ikisi məhv edilib, digərləri isə açıq ərazilərə düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью