Qəzzadan kütləvi təxliyə

22.09.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Bu günədək Qəzza şəhərindən 550 mindən çox sakin təxliyə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Ordunun açıqlamasına görə, bir neçə diviziya artıq şəhərə daxil olub və HƏMAS-ın mövqelərinə qarşı əməliyyatlara başlayıb.

İDF həmçinin qeyd edib ki, HƏMAS mülki şəxslərin cənuba hərəkətinə mane olur və onları canlı qalxan kimi istifadə etməyə çalışır.

Eyni zamanda, Xan Yunisdə humanitar zona yaradıldığı elan olunub. İsrail ordusu Qəzzadakı mülki əhalini təhlükəsizlik üçün rəsmi göstərişlərə əməl etməyə çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью