Qəzzadan raket buraxıldı, İsrail hücum xəbərdarlığı etdi

04.01.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Qəzza zolağından olan fələstinli radikallar İsrailin cənubundakı sərhəd rayonlarını yenidən atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilər Fələstin anklavının şimal hissəsindən bir raketin buraxılmasını qeydə alıb. Mərmi Erez keçid məntəqəsi yaxınlığında düşüb.

Raket təhlükəsi ilə əlaqədar İsrailin sərhədindəki Netiv Hasara kəndi yaxınlığında hava hücumu xəbərdarlığı elan edilib. Ölən və yaralananlar barədə məlumat verilməyib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью