Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İsrailin hücumları altında olan Qəzza zolağında sülhə nail olacağını, daha sonra Rusiya-Ukrayna müharibəsinə son qoyacağını bildirib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, ikinci dəfə vəzifəyə gəldikdən sonra "yeddi müharibəni bitirdiyini" təkrarlayan Tramp bu rəqəmin tezliklə səkkizə yüksələcəyini deyib.
"Biz Qəzzadə daha çox şeyə nail olacağıq. Bundan əlavə olaraq digər regionlardakı münaqişələr də həll olunacaq və bu, möhtəşəm bir nəaliyyətdir",-Tramp qeyd edib.
İlahə Qənbərli
Missiya.Az