Qəzzanı vuran bombaların yarısı Avropada istehsal olunub Borrell

22.05.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Aİ Fələstin-İsrail münaqişəsinə təsir göstərə bilər, çünki Qəzza zolağına düşən bombaların yarısı Avropada istehsal olunur". 

"Unikal" xəbər verir ki,  bunu Avropa diplomatiyasının keçmiş rəhbəri Cozep Borrell deyib. 

Onun sözlərinə görə, Avropa Komissiyası İsraillə ticarəti məhdudlaşdıra və sanksiyalar tətbiq edə bilər. O, əlavə edib ki, Avropa İttifaqı Ukrayna və Qəzza münaqişələrinə fərqli münasibət bəslədiyi üçün artıq beynəlxalq ictimaiyyətin etibarını itirib.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью