Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Qəzza zolağının bərpası üçün 53,2 milyard ABŞ dolları lazımdır.
Missiya.Az xəbər verir ki, bu barədə BMT, Avropa İttifaqı (Aİ) və Dünya Bankının birgə hesabatında deyilir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Peyk Rəsədxanasının (UNOSAT) yanvar ayında apardığı zərərin qiymətləndirilməsinə görə, 1 dekabr 2024-cü il tarixinə Qəzza zolağında binaların təxminən 69%-i zədələnib və ya dağılıb.
Xatırladaq ki, bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağının yenidən qurulması üçün 53,142 milyard dollar həcmində vəsait lazım olduğunu bəyan edib.
Daşqın Həsənov
Missiya.Az