Qəzzanın bərpası üçün lazımi məbləğ açıqlanıb

14.10.2025

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu sözləri BMT-nin İnkişaf Proqramının (UNDP) Fələstin üzrə xüsusi nümayəndəsi Jako Siliye BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında dilə gətirib. Vurğulayıb ki, zolağın bərpasında ilkin addım dağıntıların təmizlənməsidir. Onun verdiyi məlumata əsasən, UNDP Qəzzada indiyədək ümumilikdə 81 min ton dağıntı toplayıb; bu, təqribən 3100 ədəd yük maşını həcmində daş-torpaq deməkdir.

(BMT-nin İnkişaf Proqramının (UNDP) Fələstin üzrə xüsusi nümayəndəsi Jako Siliye)
"Ümumiyyətlə isə, zolaqda 55 milyon ton dağıntı yığılmağı gözləyir. Bu proses hazırda əsas etibarilə humanitar yardım dəstələrinin ərazidə rahatlıqla hərəkətinə imkan yaratmaq məqsədi daşıyır. Eyni zamanda, xəstəxanaların və digər ictimai xidmətlərin binaları da ilk növbədə daş-torpaqdan təmizlənir", – Jako Siliye deyib.
O diqqətə çatdırıb ki, Qəzza zolağının bərpası üçün birinci mərhələdə ehtiyac duyulan 70 milyard dollarla yanaşı növbəti 3 ildə əlavə 20 milyard dollar ayrılması da lazım gələcək.
Xatırladaq ki, oktyabrın 9-da HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp xəbəri şəxsən bölüşüb. Dünən isə Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar. Eyni zamanda, hadisə ilə əlaqədar Misirdə Yaxın Şərq Sülh Sammiti baş tutub. Hazırda atəşkəs üzrə danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью