Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəzzada keçid prosesi şəffaf, əhatəli və ən yüksək səviyyədə təşkil olunacaq.
Reyting.az xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Hazem Qasem video açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında hakimiyyətin müstəqil Milli Komitəyə ötürülməsi üçün bütün lazımi inzibati və idarəetmə prosesləri tamamlanıb.
Qasem qeyd edib ki, komitə Qəzza zolağına daxil olan kimi bütün sahələrdə səlahiyyətlərin ötürülməsi üçün şəffaf və əhatəli proses başlayacaq.
E. KAMAL