Qəzzanın şimalına NÖVBƏTİ HÜCUM: ölənlər var

14.11.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İsrail ordusunun Qəzza zolağının şimalında müxtəlif bölgələrdə həyata keçirdiyi hücumlarda 7 nəfər həyatını itirib. 

Bakıvaxtı.az bu barədə NNL-ya istinadla xəbər verir.

Belə ki, İsrail ordusu Cibaliya Qaçqınlar Düşərgəsinə intensiv hücumlar həyata keçirib.

Cibaliya Qaçqınlar Düşərgəsindəki hücumlarda ikisi uşaq olmaqla 3 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. 

Həmçinin, Beyt Lahiyadakı hücum da böyük partlayışlara səbəb olub. 

Pilotsuz uçuş aparatının (PUA) həyata keçirdiyi hücum nəticəsində bir fələstinli ölüb, çoxlu sayda insan yaralanıb. 

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью