Qəzzanın şimalında baş verən qarşıdurmada 1 İsrail əsgəri ölüb, 2 si yaralanıb

20.05.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Qəzzanın şimalında başlayan qarşıdurmada İsrail ordusunda çavuş kimi xidmət edən 22 yaşlı Yosef Yahuda Hirakın öldüyü bildirilib.

Hirakın işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhəri yaxınlığındakı Haraşa qəsəbəsindən olduğu və 401-ci briqadaya bağlı 601-ci mühəndis briqadasında xidmət etdiyi qeyd edilib.

İsrail əsgərinin öldüyü qarşıdurma ilə bağlı hər hansı təfərrüatlı məlumat verilməyib.
İsrailin “Yediot Ahronot” qəzeti isə hadisə nəticəsində iki əsgərin yaralandığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью