Qəzzanın şimalında məktəb və ev vurulub Ölən və yaralananlar var

06.11.2024

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

İsrail qüvvələri bu gün Qəzza zolağının şimalında fələstinlilərin sığındığı bir ev və məktəbi vurub

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümumilikdə 6 fələstinli həlak olub, 14 yaralı var.

Xəbərdə deyilir ki, bombalanan ev Beyt Lahiyada yerləşib: "Evin bombalaması nəticəsində 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Cibaliyada isə Halime əs-Sadiyə məktəbi bombalanıb. Burada isə 1 nəfər ölüb, 5 nəfər yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью