Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəzzanın yenidən qurulması və müharibədən zərər çəkmiş əraziləri əhatə edən "humanitar fəlakətə" son qoymaq 53 milyard dollardan çox vəsaitə başa gələcək.
Reyting.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında bildirilir.
Hesabatda deyilir ki, Qəzza zolağının bərpası və yenidən qurulması ehtiyacları qısa, orta və uzunmüddətli perspektivdə 53,142 milyard dollar səviyyəsində təxmin edilir. Bunlardan ilk üç ildə qısamüddətli ehtiyaclar təxminən 20,568 milyard dollar həcmində qiymətləndirilir.
E. KAMAL