Qəzzaya davam edən hücumlar nəticəsində 6 fələstinli həyatını itirib

08.08.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İsrailin Qəzzaya davam edən hücumları nəticəsində 6 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin yardım paylama mərkəzi yaxınlığında İsrail əsgərlərinin hücumu 3 nəfərin ölümünə səbəb olub.

Bundan əlavə, Qəzzanın şimalındakı əl-Tuffah məhəlləsində hava zərbələri bir mülki şəxsin həyatına son qoyub.

Həmçinin, Əd-Derec məhəlləsində məktəbə raket zərbəsi endirilib, 5 nəfər yaralanıb.

Bildirilib ki, cənubdakı Xan Yunis şəhərində hava hücumu nəticəsində bir fələstinli cütlük dünyasını dəyişib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью