Qəzzaya doğru yeni donanma yola düşdü

03.10.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliyadan “Vicdan” adlı gəmi Qəzza zolağına doğru yola çıxıb. “Vicdan”a daha 8 gəmi qoşulub.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

“Freedom Flotilla Coalition” təşkilatının məlumatına görə, “Vicdan” (Conscience) gəmisi çərşənbə günü İtaliyadan təxminən 100 nəfərlə - əsasən səhiyyə işçiləri və jurnalistlərlə yola çıxıb.

Canlı izləmə məlumatlarına əsasən, doqquz gəmi hazırda Yunanıstanın Krit adası sahillərindədir.

İsrail Hərbi Dəniz Qüvvələrinin gəmiləri dayandıracağı gözlənilir.

Son iki gündə Qlobal Sumud Donanmasına məxsus 42 gəmi İsrail tərəfindən saxlanılıb və təxminən 470 aktivist həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью