Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail qış mövsümü ilə əlaqədar Qəzza zolağına əlavə humanitar yardımın göndərilməsinə icazə verib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Bəyanatda bildirilib ki, HƏMAS-ın tərksilah öhdəliklərini yerinə yetirməkdən imtina etməsinə baxmayaraq, İsrail Qəzza əhalisinin üzləşdiyi qış şərtlərini yüngülləşdirmək üçün addım atıb.
"COGAT (Ərazilərdə Hökumət Fəaliyyətlərinin Koordinatoru) vasitəsilə İsrail Sülh Şurası, Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq təşkilatlar və donor ölkələrlə koordinasiyalı şəkildə qışa hazırlıq planını həyata keçirib. Qışa hazırlıq planına Qəzzaya 91 mindən çox çadır çatdırılması, 8 200-dən çox yük maşını brezent, yorğan, qış geyimləri və ləvazimatların daşınması, çirkab sularını təmizləmək üçün 12 xüsusi maşının gətirilməsi, su və kanalizasiya şəbəkələrinin təmiri və nasos qurğularının işləməsi üçün yanacaq təminatı daxildir", - deyə ofisin açıqlamasında qeyd olunub.
Eyni zamanda bəyanatda vurğulanır ki, HƏMAS-ın terror potensialını bərpa etmək üçün humanitar təchizat və avadanlıqlardan istifadə etməsinə icazə verilməməlidir. HƏMAS-ın tərksilah etməkdən davamlı imtina etməsi Qəzzanın yenidən qurulmasına əsas maneə olaraq qalır.
Gülşən Şərif