QHT “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda təlim keçirib FOTOLAR

20.10.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

18 oktyabr 2025-ci ildə Şəki şəhərində İqtisadi və Sosial Araşdırmalara Yardım İB tərəfindən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalaırnda rəqabətliyinin artırılması” layihəsi çərçivəsində 25 sahibkara “Dövlət satınalmalarının təşkili və idarə olunması mövzusunda təlim keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, təlimin əsas məqsədi Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOSS) dövlət satınlalmarında iştirakçılığın artırılması istiqamətində dövlət satınalmalarında biznesin səmərəli faydalanmasını təmin edilməsi, sahibkarların satınalma proselərinə dair məlumatlarının bilik və bacarıqlarının artırılmasıdır. Təlim peşəkar təlimçilər Etibar Qasımov tərəfindən sahibkarlara təqdim edildi, onları maraqlandıran suallara aydınlıq gətirildi. Dinləyicilərin məlumatlarının dərinləşməsi və özünümarifləndirmə prosesinin daha da təkmilləşdirilməsi üçün onlara satınalma proseslərinin hüquqi və praktiki məsələrini əhatə edən “Dövlət satınalmalarının təşkili və idarə edilməsi” adlı kitabla   təmin edilmişdilər.

Təlimdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəki-Zaqatala regional koordinatorluğunun Qəbələ KOB dostu Afşin  Əfsərbəyli iştirak edərək öz tövsiyyələrini təqdim etdi. Layihə Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью