QHT koalisiyası: Ermənistanda Metsamor AES bağlanmalıdır

04.06.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əsas məqsədimiz Ermənistanın regiondakı ekoloji risklərinə qarşı mübarizənin daha effektiv aparılmasından ibarətdir.

APA xəbər verir ki, bu sözləri “Enviromental Protection First” QHT koalisiyasının keçirdiyi brifinq zamanı koalisiya üzvü Amin Məmmədov deyib.

O bildirib ki, təmsil etdiyi təşkilat “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin tez bir zamanda dayandırılmasını tələb edir:

“Bu təşəbbüsün əsas müəllifi Türkiyədə fəaliyyət göstərən “Doğa ve Çevre” İctimai Birliyidir. Bu yaxınlarda İğdırda “Metsamor” Atom Elektrik Stansiyasının zərərli fəaliyyəti ilə bağlı tədbirdə türkiyəli ekoloqlar xüsusi bəyanat qəbul ediblər. Ermənistan Azərbaycanla sərhədə yaxın ərazilərdə həyata keçirdiyi dağ-mədən fəaliyyətinə görə heç bir hesabat dərc etmir. Mən hesab edirəm ki, bu stansiyanın fəaliyyətini dayandırması üçün əməli addımlar atılmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью