QHT layihəsi çərçivəsində “Vətən və Zəfər nəğmələri” kitabı çap olunub | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı layihə ilə qalib olub.
Layihəyə bu il 1 iyundan start verilib. Əsas məqsəd İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və
Layihə çərçivəsində ilk dəfə hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” adlı kitab çap olunub.
Bu kitaba I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda, digər dövrləri əhatə edən hərbi marşlar salınıb.
Kitabın müəllifi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov bildirib ki, kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri vətənpərvərlik mövzusunda poetik mətnlərdən istifadə edilib.
Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc olunub.
O qeyd edib ki, kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür.
Tam oxu
Xəbəri oxu