QHT lər üçün 100 min manatlıq qrant müsabiqəsi elan edilir

09.09.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

“Dövlət büdcəsindən QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi barədə müvafiq prosedura uyğun olaraq, yaxın günlərdə Gənclər və İdman Nazirliyi və QHT Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə qrant müsabiqəsi elan edəcək.
Modern.az xəbər verir ki, bu barədə QHT Agentliyinin mətbuat xidmətindən bildirilib.
Yuxarı hədlər kiçik qrant müsabiqəsi üzrə 30 000 manat, böyük qrant müsabiqəsi üzrə 100 000 manat olacaq.
QHT Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva bildirib ki, müsabiqədə yalnız Nizamnamə məqsədlərində gənclərlə bağlı fəaliyyət istiqaməti olan QHT-lər iştirak edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью