QHT lərin Əməkdaşlıq Forumu: Vətəndaş cəmiyyətinin Qarabağa qayıdışının rəmzi | Icma.az
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci il oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Aliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygun Aliyeva və 300-ə yaxın QHT təmsilçisi tədbirdə iştirak edib.
Tədbirlə bağlı bir neçə QHT rəhbərinin mövqelərini təqdim edirik.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib ki, Adminstrasiyanın sektor müdiri Tural Əliyevin, o cümlədən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygun Əliyevanın çıxışlarında ölkədə QHT- lərin strateji inkişaf istiqamətlərinə yer verilməsi, bir sıra rəqəmlərin ürəklə çəkilməsi, etiraf edim ki, vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq bizim də üzərimizə məsuliyyət yükü qoyurdu: “Az müddət ərzində bu sektorda aparılan islahatlar göstərir ki, biz artıq daha geniş müstəvidə sözümüzü deməli, sözçülükdən real fəaliyyətə keçib ortalığa daha ciddi layihələr qoymalıyıq.
Hər halda etiraf etməliyik ki, az müddət ərzində çox iş görülüb. Ancaq görüləsi işlərdə hələ çoxdur.
Hər kəs bu forumda səslənən fikirlərdən özünə aid olanını götürdü.
Adminstrasiyanın sektor müdiri Tural Əliyev çıxışında bəzi neqativə, buraxılan səhflərə ötəri də olsa toxunsa da, “suvenrenliyimizin bərpasından sonra ölkəmizin daha geniş şəkildə tanıdılmasında QHT sektoru da öz sözünü deməlidir”, fikri ciddi siqnal idi.
Tam oxu
Xəbəri oxu