Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. 18.07.2025-ci il tarixində Qax rayon Mərkəzi Kitabxanasında “Sağlam həyata doğru” Ekoloji İ
"Cebheinfo.az" xəbər verir ki, tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın müdür müavini Afidə Əfəndiyeva açaraq “COP-29-un Qlobal Mirasının
A.Əfəndiyeva Qax rayonunda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər haqqında qısa məlumat verdi.
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu ətrafında çıxışa başladı.
S.Həsənov bildirdi ki, Qax rayonu və şəhəri Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşməklə təmamilə yaşıllıqla əhatə olunub.
Qax şəhəri daima yerli və xarici turistlərin ən çox ziyarət etdiyi yerdir.
İlisu dövlət qoruğu hər il on minlərlə turistin gəldiyi turizm ərazisidir. Region İqlim dəyişmələrinə çox həssasdır.
İqlimdə baş verən dəyişmələrin Qax rayonuna və onun təbiətinə təsir etməklə fəsadlar yaradır.