Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 01.04.2026-ci il tarixdən etibarən Azərbaycan Respublikasının QİÇS-lə Mübarizə Mərkəzi ilə əməkdaşlıq müqaviləsi çərçivəsində Qlobal Fondun Qrant vəsaiti hesabına Beyləqan, İmişli, Saatlı, Sabirabad, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax şəhərlərində (rayonlarında) “Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” layihəsinin icrasına başlayıb.
"Cebheinfo.az"-a bu barədə təşkilatdan məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanların genişləndirməsi, profilaktika və müalicənin genişləndirməsi vasitəsilə HİV epidemiyasına qarşı cavab tədbirlərini gücləndirməklə Azərbaycanda İİV-in yayılmasının qarşısının alınmasıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin