QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə qrant müsabiqəsi elan edildi

05.08.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun qrant vəsaiti hesabına QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edib.

Lent.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib.

Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna avqust ayının 6-da başlanacaq.

Müraciət üçün son tarix avqustun 26-dır.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Qrant məbləğlərinin yuxarı həddi:

Böyük qrant müsabiqəsi – müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 450000 manat olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью