Qida borusunu, mədəni korlayır: bəs necə içək? Həkimdən dəhşətli Açıqlama

15.10.2026

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çayı qaynar şəkildə içmək qəti şəkildə doğru deyil. Bir ət götürün və onun üstünə qaynar çay tökün. Bu zaman o ət nə hala qalırsa, eyni şey bizim qida borumuza və mədəmizə də aitdir".

Bu sözləri Sağlamolun.az-a danışan Baku City Hospitalın həkimi, qastroenteroloq Türkan Alyarova deyib.

O bildirib ki, qaynar çay içmək mədə xorasından daha çox qida borusunun zədələnməsinə gətirib çıxarır:

"Davamlı qaynar çaydan istifadə qida borusunda çapıq toxumanın yaranmasına və qida borusunun keçiriciliyinin pozulmasına gətirib çıxarır. Ən təhlükəlisi isə mütəmadi istifadə olunan qaynar çay qida borusu xərçənginə səbəb ola bilər".

Həkimlə əlaqə saxlamaq üçün 055 242 15 42 mobil nömrəsinə zəng edin!

Daha ətraflı videodan izləyin:

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью