Qida fabrikinə silahlı hücum oldu Ölən var

14.06.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Türkiyənin Kastamonu şəhərində qida fabrikinə silahlı hücum olub, aşpaz öldürülüb.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Hadisə, axşam saatlarında Taşköprü rayonunun Alatarlar kəndindəki qida fabrikində baş verib. Uğur E., fabrikə tapança ilə atəş açıb hadisə yerindən qaçıb", - məlumatda bildirilib və əlavə edilib ki, silahlı hücumda müəssisədə aşpaz kimi işləyən Sinan Güleç güllə yarası alıb.

Hadisə yerinə polis və tibb qrupları göndərilib: "Tibb qrupunun apardığı yoxlamada Güleçin həyatını itirdiyi müəyyən edilib. Onun meyiti hadisə yerində aparılan baxışdan sonra morqa aparılıb".

Qətl şübhəlisi Uğur E.-ni ələ keçirmək üçün hərəkətə keçən polis, hadisə ilə bağlı istintaqı davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью