Qida sahəsi ilə bağlı daha üç sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib | Icma.…
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı və Agentliyin Kolleg
Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən məlumat verilib.
“Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda, çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub.
Həmçinin Qaydalara 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib.
Sənəd dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyənləşdirir.
Qaydalara görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir.
“Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nda heyvan bazarlarının quruluşuna və yerləşməsinə, bu tip bazarlarda dövlət baytarlıq nəzarətinin həyata keçirilməsinə və işçilərin fərdi sanitariya normaları və qaydalarına dair tələblər əksini tapıb.
Sənəd heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması məqsədilə heyvanların ticarəti həyata keçirilən heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydalarını müəyyən edir.
Tam oxu
Xəbəri oxu