Qida tədqiqatçısı: Genetik modifikasiya olunmuş qidalar risklərə də səbəb ola bilər | Icma…
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İrandan Azərbaycana gətirilən 3 tondan çox kreker və konfet məhv edilib.Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb.Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, genetik modifikasiya olunmuş orqanizmlər (GMO) biotexnologiya vasitəsilə dəyişdirilən və genetik materialları təbii yollarla keçməyən canlılardır: “Bu cür orqanizmlərin qida məhsullarına daxil olması, mütəxəssislər və dövlət orqanları tərəfindən müəyyən təhlükəsizlik və sağlamlıq məsələləri ilə bağlı müzakirələrə gətirib çıxarır.
Genetik modifikasiya olunmuş qidalar bəzən allergik reaksiyalar, immun sistemin zədələnməsi kimi risklərə də səbəb ola bilər.
Məsələn, genetik modifikasiya ilə qida məhsuluna əlavə edilən yeni zəhərli maddələr və ya allergenlər, bədənə təsir edir.
Bundan əlavə GMO-lar yerli bitki və heyvan növlərini zəiflədə bilər.
Bu da təbii seçilmə ilə uyğun olmayan və daha az dayanıqlı növlərin yaranmasına səbəb olar.
Ümumiyyətlə idxal olunan qidaların GMO olub-olmaması, istehsalçı tərəfindən düzgün qeyd olunmalıdır.
Tam oxu
Xəbəri oxu