Qida təhlükəsizliyi tələblərinə əməl etməyən kafenin fəaliyyəti məhdudlaşdırılıb

27.01.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 yanvar, AZƏRTAC

Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı kafenin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ tələbləri ciddi şəkildə pozduğu aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью