Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün icra olunan Dövlət Proqramının monitorinqi aparılıb, icra göstəricisi 92 faiz səviyyəsində qiymətləndirilib. Növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır.
XQ xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş brifinqdə agentliyin sədr müavini Əziz Şərifov deyib.
Sədr müavini qanunvericilik və tənzimlənmə sahəsində görülən işlər barədə də media nümayəndələrinə məlumat verib.
O bildirib ki, “Bitki sağlamlığı haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir, “Heyvan sağlamlığı haqqında” Qanun layihəsi hazırlanaraq hüquqi ekspertizadan keçirilib. "Eyni zamanda, qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb. 1994-cü ildən bəri istifadə olunan xüsusi həssas qruplar üçün normalar yenilənib və Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə tibb, təhsil və sosial müəssisələrdə istifadə üçün təsdiq edilib", - deyə o diqqətə çatdrırıb.