Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qida zəhərlənməsi xarab və ya çirklənmiş qidaların qəbulu nəticəsində yaranan ciddi sağlamlıq problemidir.
Yay aylarında daha çox rast gəlinən bu vəziyyət ürəkbulanmadan ishala qədər müxtəlif əlamətlərlə özünü göstərir.
Medicina.az xəbər verir ki, yay aylarında havaların temperaturunun yüksəlməsi ilə qida zəhərlənmələri daha çox olur.Xarab və ya çirklənmiş qidaların qəbulu müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Açıq yerdə satılan, gigiyena qaydalarına riayət olunmayan və ya düzgün saxlanılmayan qidalar qida zəhərlənməsinin əsas səbəblərindəndir.Qida zəhərlənməsi, tərkibində bakteriya, virus, parazit və ya toksinlər olan qida və içkilərin qəbulu nəticəsində yaranan sağlamlıq problemidir.Ən çox görülən səbəblərə salmonella, E.
coli, listeria və norovirus kimi mikroorqanizmlər daxildir. Bu qida xəstəlikləri, xüsusən də immun sistemi zəif olan insanlarda ciddi fəsadl
Ancaq bəzi hallarda simptomlar 1-2 gün ərzində inkişaf edə bilər.
Ən çox görülən simptomlara aşağıdakılar daxildir:- Ürəkbulanma və qusma- Qarın ağrısı və kramplar- İshal- Qızdırma və titrəmə- Başgicəllənmə- Halsızlıq- Əzələ ağrılarıAğır hallarda xəstəxanaya yerləşdirmə tələb oluna bilər.
Uşaqlar, yaşlılar və hamilə qadınlar kimi risk qruplarında olan şəxslərin simptomları ciddi qəbul etməsi xüsusilə vacibdir.AygünMedicina.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.