Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Qida zəhərlənməsi təkcə “köhnə yemək”lə bağlı deyil.
Bakteriyalar, viruslar, parazitlər və toksinlərlə çirklənmiş qidalar da təhlükəlidir.
"Cebheinfo.az" xəbər verir ki bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar daha çox risk altındadır.
Təhlükədən qorunmaq üçün sadə qaydalar:
- Son istifadə tarixi keçmiş və xarab qidaları yeməyin.
- Meyvə və tərəvəzləri yaxşı yuyun.
- Ət, toyuq, balığı tam bişirin.
- Pasterizə olunmamış süddən istifadə etməyin.
- Şişmiş və ya zədələnmiş konservləri açmayın.
- Əllərinizi tez-tez yuyun.
- Bişmiş yeməyi uzun müddət otaq temperaturunda saxlamayın.
Kiçik diqqət böyük risklərin qarşısını ala bilər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin