Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "Qida təhlükəsizliyi ciddi məsələdir.
Bütün dünyada qida təhlükəsizliyinin pozulması nəticəsində qida toksin infeksiyalarından hər il xeyli insan dünyasını dəyişir, o cümlədən Azərbaycanda da.
Bunun adı da zəhərlənmə qoyulur". Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, müxtəlif qidaların saxlanma şərtləri pozulduqda, məsələn, ət və zülali yeməklər mikroblar üçün yaxşı qida mühitidir: "Heç bir qida da stiril deyil.
Həmin qidaların saxlanma şərtləri pozulduqda çox qısa nüddətdə müxtəlif infeksiyalar artır.
Toksik maddələr, xüsusi ilə botulizm ən təhlükəli qida infeksiyasıdır.
Məsələn, dönərxana və şadlıq evlərində olan zəhərlənmələri ət və balıq yeməkləri ilə bağlıdır".
Adil Qeybulla qəbul edilən qidaların təzə olmasının vacibliyini önə çəkib: "Bu çox vacib məsələdir.