Qidalanma prosesinin təşkilində nöqsanlar aşkar olunan uşaq bağçasının müdiri işdən azad edilib AZƏRTAC

20.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 dekabr, AZƏRTAC

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar aşkar edilib. Aşkar edilən nöqsanlar nəticəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 61 nömrəli uşaq bağçasının müdiri işdən azad edilib.

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью