Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18.09.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Həddindən artıq qıdıqlama yuxusuzluq, sinir tikləri və qıcolmalara səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, ümumi praktikant Denis Prokofyev aif.ru-ya açıqlamasında uşaqların qıdıqlamanın təsirlərinə daha həssas olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, qıdıqlama dəridəki sinir uclarının stimullaşdırılmasıdır. Beyin buna qeyri-iradi qoruyucu reaksiya verərək gülüşə, əzələlərin yığılmasına və əllərin qəfil hərəkətlərinə səbəb ola bilər.

Həkim qeyd edib ki, qıdıqlamanın həddindən artıq intensiv və uzun müddət davam etməsi sinir sisteminin yüklənməsinə səbəb ola bilər. Bununla yanaşı, vegetativ sinir sisteminin fəaliyyətində də pozuntular yarana bilər.

Denis Prokofyev xüsusilə uşaqları uzun müddət və intensiv şəkildə qıdıqlamamağı tövsiyə edib. O bildirib ki, uşaqların sinir sistemi hələ inkişaf mərhələsində olduğundan güclü stimullaşdırmaya və stressə daha həssasdır.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью