Qılıncoynadanlarımız Dünya Kubokunda iştirak ediblər

11.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Əlcəzairin Oran şəhərində qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığmamız komanda yarışında ən güclü səkkizliyə yüksəlmək üçün İtaliya millisi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə komandamız güclü rəqibinə 44:45 hesabı ilə uduzub.

Millimiz 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Əlcazair seçmə kollektivini 45:19 hesabı ilə məğlub edib. 9-10-cu yer uğrunda keçirilən qarşılaşmada isə böyüklərdən ibarət sablya üzrə yığmamız İspaniya seçmə kollektivinə 32:45 hesabı ilə uduzub. Palina Kaspiaroviç zədələndiyindən komandamız Bolqarıstanla 11-ci yer uğrunda görüşə çıxmayıb.

Sablyaçıların şəxsi yarışında Səbinə Kərimova və Zərifə Hüseynova qrup mərhələsini uğurla başa vursa da, pley-offda mübarizəni dayandırıb. Palina Kaspiaroviç isə ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin bürünc mükafatçısı macar Katinka Battaniyə 7:15 hesabı ilə uduzub.

Böyük beşlik, Əsas xəbərlər Flik: “Bəhanəmiz yoxdur”

11 Noyabr 2024, 22:41

Dünya futbolu, Əsas xəbərlər “Beşiktaş”ın oyununda tamaşaçı olmayacaq

11 Noyabr 2024, 22:23

Böyük beşlik, Əsas xəbərlər Nistelroyun MY-dakı işinə Amorim qiymət verəcək

11 Noyabr 2024, 21:47

Böyük beşlik, Əsas xəbərlər Poqba “Yuventus”dan ayrılır

11 Noyabr 2024, 21:06

Dünya futbolu, Əsas xəbərlər Millimizin üzvü ən yaxşılar arasında

11 Noyabr 2024, 20:35

Əsas xəbərlər, Ölkə futbolu FIFA prezidenti Bakıda

11 Noyabr 2024, 20:16

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью